"Mən 40 yaşıma kimi oynamaq istəyirəm"

"Mən 40 yaşıma kimi oynamaq istəyirəm"
XƏBƏR 15 Noyabr 2011 / 13:40 1920
-  A +

"Yuventus"un veteran futbolçusu Del Pyero futboldan getmək haqda düşünmədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, daha öncə mövsümün sonunda karyerasını başa vuracağı bildirilən 37 yaşlı futbolçu daha 3 il "Yuventus"da oynamaq niyyətindədir:

"Mən 40 yaşıma kimi oynamaq istyəyirəm. Karyeramı nə zaman başa vuracağım haqda isə danışmaq istəmirəm. Hələ ki, işlərim qaydasında gedir. Gələcəkdə nə olacaqsa, olacaq".

Qeyd edək ki, 1993-cü ildən "Yuventus"da çıxış edən Del Pyero keçirdiyi 497 oyunda 205 dəfə fərqlənib.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq