Foqts Lövün müdafiəsinə qalxdı

Foqts Lövün müdafiəsinə qalxdı
XƏBƏR 14 Noyabr 2011 / 19:41 2114
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts almaniyalı həmkarı Yoahim Lövün müdafiəsinə qalxıb.

Qol.Az-ın Almaniyanın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, yoxlama görüşündə Ukrayna yığması ilə 3:3-lük bərabərə qalan Bundestimin baş məşqçisi tənqidlərə məruz qalıb.

Foqts isə öz növbəsində həmkarını müdafiə edərək bildirib ki, Lövün belə yoxlama görüşlərində komandanı sınaqdan keçirməsi vacibdir: “Hətta Ukrayna yığmasından daha da güclü rəqiblərlə oyunda güclərini sınamalıdırlar. Yoxlama görüşlərində komandanın üzvlərinin hazırlıq səviyyəsi bəlli olacaq. Bu “Avro-2012” öncəsi çox önəmlidir”.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner