Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün klubu ilə müqavilə müddətini daha iki il uzadıb. Bununla əlaqədar K.Ağayev Qol.Az saytının suallarını cavablandırıb.
- Mən “Xəzər Lənkəran”da çıxışımı davam etdirmək istəyirəm. Buna görə də bu gün klubla müqaviləmin müddətini daha iki il uzatmışam. Rəhbərliklə oturub söhbət etdik. Onlarla heç zaman pis münasibətdə olmamışam. Mən mətbuat konfransında bildirmişdim ki, əgər xaricə getsəm, “Xəzər Lənkəran”la mütləq halallaşacağam. Digər yerli klublara keçməyimlə bağlı xəbərlərin isə heç bir əsası yoxdur.
- Artıq belə başa düşmək olarmı ki, «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Redniklə də münasibətləri düzəltmisiniz.
- Mən “Xəzər Lənkəran” klubunun futbolçusuyam və komandanın baş məşqçisi Mirça Redniklə heç bir problemim yoxdur. Sadəcə olaraq, zədə səbəbindən “Neftçi” ilə oyunda meydana çıxa bilmədim. Düzdür, zədəli halda da “Neftçi” ilə oynaya bilərdim. Sadəcə, həmin effekti verməyəcəkdi. Əgər oynasaydım, zədəmin vəziyyəti daha da pisləşə bilərdi. Kamal Bayramov güclü qapıçıdır. Sadəcə oyun praktikası cəhətdən əziyyət çəkir. İndi fikirləşirəm ki, məşqçi mənə güvənirdisə, zədəli olsam belə, çıxıb “Neftçi”yə qarşı oynamalıydım. Bilmək olmazdı ki, mən meydanda olsaydım, necə olacaqdı. Bəlkə mən oynasaydım, “Neftçi”yə 0:10 hesabı ilə məğlub olardıq. Bu futboldur. Hər bir nəticəylə qarşılaşmaq mümkündür. Bu baxımdan Kamal Bayramovu günahlandırmaq niyyətim yoxdur.
- «Xəzər Lənkəran»la müqaviləni uzatmaq hansı zərurətdən irəli gəldi?
- Mənim yeni müqaviləm onsuz da hazır idi və onu imzalamaq qalırdı. “Xəzər Lənkəran”la hələ uzun yolumuz var. “Neftçi” də hələ bizimlə çox gəlib oynayacaq.
Əslində müqavilə formal bir şeydir. Mənim müqaviləm olmasa belə, “Xəzər Lənkəran”ın futbolçusuyam. Mən son mətbuat konfransında da dedim ki, hətta müqaviləsiz də “Xəzər Lənkəran”ın şərəfini qorumağa hazıram.
- Bununla da “Xəzər Lənkəran”la arandakı bütün söz-söhbətlərə son qoyulduğunu demək olar?
- Mənim “Xəzər Lənkəran”la heç zaman problemim olmayıb. Klubumuzun bəzi azarkeşləri ilə aramızda söz-söhbət olub. Artıq bütün bunlar hamısı keçmişdə qaldı. İndi bütün fikrimi komandanın gələcək çıxışlarına yönəltmək istəyirəm.
Ümid AYXAN
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı