Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun heykəli Respublika stadionunun qarşısından götürülüb.
Qol.Az-ın məlumatına görə, abidə stadionun inzibati binası önündə quraşdırılıb.
Bu yerdəyişmə arenada aparılan əsaslı təmir işləri çərçivəsində baş tutub. Artıq məşhur hakimimizin abidəsini uzaqdan görmək mümkün deyil. Arenanın direktoru Akif İsmayılov açıqlamasında bildirib ki, abidənin götürülməsinə təmir işləri aparılan zaman qərar verilib.
Belə dəyişiklik həm stadionun əsas girişinin qarşısını genişləndirmək, həm də abidənin inzibati bina qarşısında daha möhtəşəm görünüşünü təmin etmək məqsədilə edilib. Onun sözlərinə görə, heykəlin ətrafına mərmər döşənəcək, üstündə Bəhramovun doğum və dünyadan köçdüyü tarixlər də yazılacaq.
Qeyd edək ki, Tofiq Bəhramovun heykəlinin açılışı 2004-cü il oktyabrın 13-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İngiltərə matçından öncə olub. Mərasimdə AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev, FİFA prezidenti Yozef Blatter, hazırkı UEFA prezidenti Mişel Platini və İngiltərə Futbol Assosiasiyasının rəsmiləri də iştirak ediblər (Lent.az).
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu