Azarkeşlərimiz, "Lujniki" və "ləzginka"

XƏBƏR 28 Mart 2009 / 18:59 2680
-  A +

Birinci hissədən sonra hesabda geri olmağımıza baxmayaraq, "Lujniki"dəki Azərbaycanlı azarkeşlərin əhval-ruhiyyəsi yaxşıdır. Qol.Az-ın Moksvadakı müxbirinin məlumatına görə, oyunun fasiləsi zamanı "Lujniki"nin foyesinə yığışan həmyerlilərimiz "Azərbaycan, Azərbaycan" qışqıraraq, millimizi dəstəkləyirlər. Onlar hətta "ləzginka"nın sədası altında rəqs də edirlər. Bir sözlə, komandamız hesabda geri olsa da, azarkeşlərimizin əhvalı korlanmayıb. Arenada təxminən 10 minə yaxın həmyerlimiz var. Onlar bəzilərinin əllərində bayrağımızı da görmək mümkündür.

Son xəbərlər