Albaniya millisinin kapitanı Lorik Kana Azərbaycan yığmasına məğlubiyyət (0:1) haqda danışıb.
Qol.Az-ın məlumatına görə, "Latsio" klubunun futbolçusu millimizlə oyunda bəxtlərinin gətirməməsindən gileylənib:
"Azərbaycanla oyunda rəqib hətta qapımıza yaxınlaşa bilmirdi. Biz isə oyun ərzində kifayət qədər qol imkanları yaratsaq da, bəxtimiz gətirmədi. Əlbəttə, biz Azərbaycan yığmasına hörmət edirik. Ancaq onları qiymətləndirmədik və nəticədə məğlub olduq. Təbii ki, bu məğlubiyyət də bizi məyus edir".
Kana heyətdəki bir sıra dəyişiklərin də matçın nəticəsinə təsir etdiyini bildirib: "Heyətdə və taktikada müəyyən yerdəyişmələr olduğundan oyuna pis başladıq. Mən də öz mövqeyimdə oynamırdım. Rəqib isə bundan maksimum yararlandı və ilk 25-də üstün futbol nümayiş etdirdi. Onlar daha yaxşı oynayırdılar ki, nəticədə qol vurdular. Biz isə yalnız ilk hissənin sonlarında özümüzə gəldik".
28 yaşlı futbolçu yığmamızla görüşdə baş məşqçinin yoxluğu və boş tribunalar qarşısında oynamaqlarının da öz sözünü dediyini bildirib: "Bu oyuna yaxşı hazırlaşmaq üçün çox vaxtımız olmadı. Əlbəttə, baş məşqçinin olmaması da oyunumuza təsir göstərdi. Biz həmişə doğma azarkeşlərimiz qarşısında oynamaqdan zövq almışıq. Təəssüf ki, Azərbaycanla oyunda stadionda azarkeşlərin sayı istənilən sayda deyildi. Onların dəstəyi altında daha həvəslə çıxış edirik. Bununla belə, Azərbaycana məğlubiyyətdən nəticə çıxaracağıq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı