"Qarabağ" yoldaşlıq oyunu keçirəcək

"Qarabağ" yoldaşlıq oyunu keçirəcək
XƏBƏR 14 Noyabr 2011 / 12:28 5139
-  A +

Premyer Liqanın XIII turunda "İnter"lə qarşılaşacaq Ağdamın "Qarabağ" klubu hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, millinin oyunları ilə əlaqədar 9 futbolçusunun xidmətlərindən məhrum olan "Qarabağ" hazırlıqlarını bir məşqlə keçirir.

Yaranmış fasilədə boşluğu aradan qaldırmaq üçün Qurban Qurbanovun komandası bu gün yoxlama oyunu keçirəcək. "Qarabağ" komandanın əvəzediciləri ilə qarşılaşacaq.

Qeyd edək ki, "Şəfa" stadionunda baş tutacaq oyun 15:00-da keçiriləcək.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq