Burak Yılmaz Türkiyənin ən bahalı futbolçusuna çevrilə bilər

Burak Yılmaz Türkiyənin ən bahalı futbolçusuna çevrilə bilər
XƏBƏR 14 Noyabr 2011 / 12:11 1945
-  A +

Türkiyə milli komandasının və “Trabzonspor”un futbolçusu Burak Yılmaz Avropanın aparıcı komandalarının maraq dairəsinə düşüb.

Qol.Az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, satış qiyməti 5 milyon avro olan Yılmazı İtaliyanın “Milan”, Almaniyanın “Borussiya” (Dortmund), eləcə də Rusiyanın “Zenit”, MOİK və “Rubin” klubları istəyir.

Müştərilərinin çoxluğu üzündən 26 yaşlı hücumçunun qiyməti 15 milyon avroyadək yüksələ bilər. Bu məbləğə keçidi baş tutsa, Yılmaz Türkiyənin ən bahalı futbolçusuna çevriləcək. 

Qeyd edƏk ki, hazırda qardaş ölkədə ən bahalı oyunçu Arda Turan sayılır. O, yayda İspaniya “Atletiko”suna 12 milyon avroya keçib


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq