"Neftçi" klubunun icraçı direktoru Mübariz Xudiyevin klubun rəsmi saytına müsahibəsi
- "Neftçi" PFK-nın əsas komandasının çıxışı göz qabağındadır. Ötən mövsüm olduğu kimi, bu il də komanda çempionluğa əsas namizədlərdən sayılır. Şübhəsiz ki, qazanılan hər uğurun kökündə klub rəhbərliyinin və şəxsən klub prezidenti Sadıq Sadıqovun qayğısı dayanır. Komandamızın gələcək uğurları isə uşaq futbolunun inkişafından asılıdır. Bu sahədə işlər necə gedir?
- Təbii ki, hər bir klubun adı çəkiləndə ilk ağıla gələn əsas komanda olur. Amma bu komandanın uşaq və gənc futbolçulardan ibarət təməli olmalıdır. Əks halda inkişafdan söhbət gedə bilməz. Bu gün bizim əsas komandamızla yanaşı, əvəzedici heyətimiz və 6 ayrı yaş qrupu üzrə çempionatlarda çıxış edən komandalarımız var. Diqqətinizi ona yönəltmək istəyirəm ki, bu 6 yaş qrupunun 5-də "Neftçi" lider mövqeyində qərarlaşıb. 11, 13, 14, 16 və 17 yaşlı futbolçulardan ibarət komandalarımız yarış cədvəlinin ilk pilləsini tutur. Bu komandaların məşqçilərinin qarşısına əsas məqsəd kimi güclü futbolçu yetişdirmək qoyulub. Çempionatı qalib başa vurmaq isə yeniyetmələrin qalib ruhda yetişməsi baxımından əhəmiyyətlidir. Əldə edilmiş nailiyyətlərin əsasında "Neftçi" rəhbərliyinin və şəxsən klub prezidenti Sadıq Sadıqovun göstərdiyi diqqət və qayğı dayanır. Sadıq müəllimin diqqəti sayəsində bütün yaş qruplarında əsas komandada olduğu kimi məsuliyyətli, intizamlı iş aparılır.
- Mövsümə bu cür başlamaq ondan xəbər verir ki, "Neftçi" bütün yaş qruplarında çempionluğu hədəfləyir...
- Hər bir yaş qrupu üzrə komanda özündən böyük yaş qrupuna futbolçu hazırlayır. Bu təbii bir prosesdir. Bu hazırlıq fonunda komandanın məşqçilərinin önünə güclü futbolçu yetişdirmək tapşırığı qoyulur. "Neftçi"nin formasını geyinən hər bir uşaq və gənc bilir ki, öz yaşıdlarından bir baş üstün oynamalıdır. Bunun üçün biz onlara hər bir şəraiti yaratmışıq. Belə diqqəti görən futbolçu da öz peşəsinə daha məsuliyyətlə və ciddi yanaşır.
- Yəqin ki, əsas komandaya aparan yol əsasən əvəzedici heyətdən keçir...
- Futbolçu əsas komandaya gələnə kimi sözun məcazi mənasında "bişməlidir". Əvəzedici komandada oynayan istənilən futbolçu bilməlidir ki, əsas komandaya real namzəddir və hər an çağırıla bilər. Bu sağlam rəqabət mühiti ona gətirib çıxarır ki, futbolçular inkişaf edir. İnkişaf olanda isə qələbələr sıralanır. Əvəzedicilərdən ibarət komandamız da çempionatın lideridir. Özü də digər klublardan fərqli olaraq bizim əvəzedici komandamızda legionerlər çıxış etmir. Öz yetişdirdiyimiz futbolçuların gücünə bunlara nail olmuşuq. Bu gün əsas komandamızda az sayda legioner futbolçular çıxış edir. Klub rəhbərliyinin müəyyənləşdirdiyi inkişaf xəttinin əsasını da bu təşkil edir ki, komandalarımızda yerli futbolçular oynasın, yerli məşqçilər çalışsın.
- Bilirik ki, "Neftçi"nin onlarla futbolçusu müxtəlif yaş qrupları üzrə yığma komandalarda oynayır. Hazırda neçə futbolçu milli komandalara dəvət alıb?
- "Neftçi"nin 50-yə yaxın futbolçusu müxtəlif yaş qrupları üzrə yığma komandalara çağırılır. Millimizə futbolçu yetişdirmək hər bir klubun borcudur. "Neftçi" klubu olaraq bu işi ən yüksək səviyyədə görməyə çalışırıq.
Mənbə: Klubun rəsmi saytı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu