Bernhard Lippert narazılıq etdi

Bernhard Lippert narazılıq etdi
XƏBƏR 13 Noyabr 2011 / 23:17 1778
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert Almaniyanın «Köln» klubu ilə keçirilmiş yoldaşlıq oyunundan sonra fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, Lippert peşəkar komandaya qarşı mübarizə apardıqlarını deyib: “Birinci hissədə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Fasilədən sonra mövqe səhvlərinə yol verdik. 90 dəqiqə eyni səviyyədə, oyundan diqqəti yayındırmadan oynamaq çətindir. İkinci hissədə konsentrasiyanı itirdik. Bir sözlə, fasilədən sonra oyunumuzdan razı qalmadım”.

Qeyd edək ki, millimiz rəqibinə 4:0 hesabı ilə məğlub olub.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq