PSJ "Qalatasaray"a rəqib oldu

PSJ "Qalatasaray"a rəqib oldu
XƏBƏR 13 Noyabr 2011 / 01:04 2506
-  A +

"Mançester Yunayted"in hücumçusu Dimitar Berbatovu transfer etmək istəyən komandaların sayı durmadan artır.

Qol.Az-ın məlumatına görə, "Qalatasaray"ın transfer hədəfində olan bolqarıstanlı futbolçuya bu dəfə Fransanın PSJ klubu "elçi" düşüb.

Bu mövsüm "Mançester Yunayted"in əsas heyətində yer ala bilməyən Berbatovun qışda komandadan ayrılacağı iddia olunur. Bundan maksimum yararlanan PSJ isə Berbatovun transferini gerçəkləşdirmək niyyətindədir.

Paris təmsilçisi 30 yaşlı futbolçu üçün ilinə 4 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "Mançester Yunayted" klubu hələlik gələn təkliflərə cavab verməyə tələsmir.

Qeyd edək ki, "Qalatasaray" və PSJ ilə yanaşı, İspaniyanın "Valensiya" klubu Berbatovla yaxından maraqlanır. 

Daha çox


Son xəbərlər