İngiltərə Kubokunda yaponiyalı hakim

İngiltərə Kubokunda yaponiyalı hakim
XƏBƏR 13 Noyabr 2011 / 00:01 1648
-  A +

İngiltərə Federasiya Kubokunun (FA) bir oyununda ilk dəfə olaraq əcnəbi hakim fit səsləndirib.

Qol.Az-ın məlumatına görə, "Brentford" - "Basinqston" matçını yaponiyalı hakim Masaaki Toma idarə edib.

Bu haqda qərarı isə İngiltərə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Devid Elleray verib. Onun fikrincə, yaponiyalı referi çox təcrübəlidir və bu görüşü olduqca ədalətli idarə edib.

Yaponiyalı hakimin idarə etdiyi görüş isə 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, İngiltərə Federasiya Kuboku 1871-ci ildən keçirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner