Foqts: “Qarabağ” Avropada yaxşı hansı nəticə göstərib ki?”

XƏBƏR 12 Noyabr 2011 / 11:51 2516
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Qarabağ” azarkeşlərinin etirazına səbəb ola biləcək açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Albaniya ilə oyundan sonra jurnalistlərə açıqlama verən Foqts azərbaycanlı futbolçuların durumunun son vaxtlar daha pis olduğunu bildirib. Futbolçuların həm klublarında, həm də öz üzərlərində az işlədiklərini deyən alman mütəxəssis milli komandanı istədiyi vaxt bir araya gətirmək üçün PFL-in ona imkan yaratmadığını bildirib. “Sizə misal çəkim: “Qarabağ” Avropa Liqasında oynayanda çempionatda ilk turun oyunu təxirə salınmışdı. Bütün bunlar hiss olunur. Yəni, mənə 2 il öncəki kimi hazırlıq üçün vaxt ayrılmır. Bu da futbolçuların oyununda özünü göstərir”.

Jurnalistlərin “Bəlkə bu, “Qarabağ”ın Avropa Liqasında yaxşı nəticə göstərməsi ilə bağlıdır” sualına Fotqs sualla cavab verib: “Qarabağ” yaxşı hansı nəticə göstərib ki? Kimi udub? Rəqiblərin adlarını deyə bilərsiniz?”

Media işçiləri bu zaman “Rusenborq” və “Visla” kimi komandaların adlarını çəkəndə Foqts deyib: “ Onda görün, biz hansı komandalara qarşı oynayıb qələbə qazanmışıq, hansı komanda ilə heç-heçə etmişik”.
Millinin baş məşqçisi dolayısı ilə  PFL-in “Qarabağ”la milli komanda arasında ayrı-seçkilik yaratdığını deyib.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq