Unibank Premyer Liqasının son turunda səfərdə “Qarabağ”la qarşılaşmada “Sumqayıt Şəhər”in ikinci qoluna imza atan Murad Səttarlı bu oyun barədə fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu qarşıdakı oyun və gələcək karyerası haqda danışıb:
- “Sumqayıt Şəhər” Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la oyunda qələbə qazandı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə görüşdə qazanılan qələbə komandada özünəinamı artırmışdı. AZAL-ı doğma arenada məğlub etdikdən sonra vəziyyət bizim üçün çox dəyişdi. Ağdama yüksək əhval-ruhiyyə ilə yollandıq. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycan çempionatının ən güclü klublarından biridir. Rəqibin heyətində Rəşad Sadıqov və Maksim Medvedevin zədəli olması bizə əlavə stimul vermişdi. “Qarabağ”la qarşılaşmaya olduqca yaxşı başladıq. Bunun məntiqi nəticəsi kimi fasiləyə bir top üstünlüklə yollandıq. İkinci hissədə isə baş məşqçinin göstərişi ilə əks-hücum taktikasını seçdik. Oyunumuz alındı və ikinci qolu vurduqdan sonra rəqibə oynamağa imkan vermədik. Hakimin əlavə etdiyi artırma dəqiqələrində qapımızdan qol buraxsaq da, qələbə qazanmağı bacardıq.
- “Qarabağ”ın futbolçusu olsan da, mövsümün əvvəlində icarə əsasında “Sumqayıt Şəhər”ə keçdin. Sabiq klubuna qol vuran zaman hansı hissləri keçirdin?
- Qarşılaşmadan əvvəl Bernhard Raab məni sonradan meydana buraxacağını demişdi. Mən özümü bu oyuna tam şəkildə kökləmişdim. Meydana daxil olduqdan sonra bir imkan düşdü ki, bundan da istifadə etməyi bacardım. Bu mənim Azərbaycan Premyer Liqasında ilk qolum idi. Bu anı heç biz zaman unutmayacağam. Biz peşəkarıq, bu səbəbdən hər il başqa-başqa klubların formalarını geyinə bilərik. Qeyri adi hiss yaşamadım. Lakin “Qarabağ”da mənə yad komanda deyil. Mənim bu səviyyəyə çatmağımda Ağdam klubunun da əməyi var.
- Qarşılaşmadan əvvəl qələbəyə inanırdınızmı?
- Qələbəyə inanmayan komanda futbol oynamamalıdır. Bütün komanda ilə buna inandıq və üç xalı qazandıq.
- “Sumqayıt Şəhər”i qarşıda “Simurq”la çətin səfər oyunu gözləyir. Komanda Zaqatalaya hansı nəticə üçün yollanacaq?
- Premyer Liqanın birinci dövrəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Simurq”a minimal hesabla məğlub olmuşduq. Mənim üçün mövsümün ən pis oyunu məhz Zaqatala təmsilçisi ilə qarşılaşma idi. Bütün komanda olaraq sadəcə bu görüşü düşünürük. Bu dəfə rəqiblə qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə yollanacağıq. İnşallah “Simurq”u səfərdə məğlubiyyətə uğradıb sonuncu pillədən qurtularıq.
- Gələcək karyeranla bağlı nə fikirləşirsən?
- Daha bir-iki il Azərbaycanda çıxış etməyi düşünürəm. Özümü yaxşı tərəfdən göstərib legioner həyatı yaşamaq istərdim. Ən böyük arzum İspaniya La Liqasında top qovmaqdır. Bildiyiniz kimi, 21 yaşadək futbolçulardan ibarət millinin heyətinə çağırılırdım. Yenidən özümü sübut edib U-21-ə dəvət almağı çox istəyirəm.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı