Rusiya milli komandasının futbolçusu Andrey Arşavin gələn ilin yayında İngiltərənin “Arsenal” klubunu tərk edə bilər.
Qol.Az-ın “Life Sports”a istinadən verdiyi məlumata görə, şimal qonşularımızın kapitanı “topçular”ın baş məşqçisi Arsen Vengerin gözündən düşüb.
Arşavin son zamanlar klubunun əsas heyətində yerini itirib, hətta nadir hallarda oyuna sonradan qoşulur. Düzdür, bir ay öncə “Arsenal” rəhbərliyi onun əmək haqqını həftədə 150 min avroya qaldırıb. Amma iki il sonra pulsuz əldən buraxmamaq üçün klub rəsmiləri 30 yaşlı forvardı 2012-ci ilin yayında transferə çıxarmaq niyyətindədir.
Futbolçu son müsahibəsində Venger və komanda yoldaşlarını tənqid edib. Bu isə “Arsenal” rəhbərliyinin narazılığına səbəb olub. Klubun mətbuat xidmətindən bildirilib ki, Rusiya yığmasının düşərgəsindən qayıdan kimi Arşavinlə söhbət aparılacaq. Lakin mətbuat katibi transferlə bağlı söz-söhbətlərə şərh vermədiklərini, nə isə baş verən kimi rəsmi saytdan hamının xəbər tutacağını söyləyib.
Qeyd edək ki, Andrey Arşavin “Arsenal”a 2009-cu ilin qışında keçib. Bu klubla 2013-cü ilədək müqaviləsi olan rusiyalı hücumçunu Almaniya “Şalke”si ilə Türkiyə “Qalatasaray”ı transfer etməkdə israrlıdır. İngiltərə klubu da futbolçunun məhz bu komandalardan birinə satmaq istəyir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı