Berti Foqts: “Azərbaycan futbolu 3-4 ildən sonra yeni səviyyə çatacaq”

Berti Foqts: “Azərbaycan futbolu 3-4 ildən sonra yeni səviyyə çatacaq”
XƏBƏR 28 Mart 2009 / 13:19 2921
-  A +

Bu gün keçiriləcək Rusiya - Azərbaycan oyunu öncəsi hər iki komandanın baş məşqçisi “Sport-Ekspress”in suallarını cavablandırıb.

- İlk dəfə siz 1996-cı ilin aprelində qarşılaşmısınız. Həmin vaxt siz hər ikiniz öz ölkənizin milli komandasını çalışdırırdınız. Rotterdamda baş tutan matçda Almaniya millisi 1:0 hesabıyla qalib gəlmişdi. O qarşılaşma yaddaşınızda nəylə qalıb?
 - Berti Foqts:
Mən onu xatılayıram ki, baş məşqçi kimi SSRİ və Rusiya milli komandalarına qarşı bir neçə dəfə çıxış etmişəm. Səhv etmirəmsə də, statistika mənim xeyrimədir. (Foqts 4 dəfə baş məşqçi kimi ruslara qarşı çıxış edib və həmin oyunlardan 3-də qalib gəlib, birində heç-heçə qeydə alınıb). Düşünürəm ki, Hiddinklə budəfəki qarşılaşmamız da maraqlı alınacaq.
- Qus Hiddink: Mən xatırladığım qədər həmin matçda almanların hücum xəttində Yurgen Klinsman çıxış edirdi və matçın taleyini həll edən yeganə qolu da məhz o vurdu. Düzdür? Amma bu dəfə Foqtsun sərəncamında Klinsman yoxdur. Həmin oyundan yalnız bunları xatırlayıram. Yoldaşlıq oyunları bir o qədər də yadımda qalmır. Həm də nəzərə almaq lazımdır ki, artıq həmin oyunun üstündən 13 il keçib.
- Hamıya məlumdur ki, tarix boyu Almaniya və Hollandiya futbolu arasında ciddi rəqabət olub. Bu rəqabəti məşqçilərə də aid etmək mümkündür?
- Berti Foqts:
  Həm Almaniya, həm də Hollandiya zəngin tarixi futbol ənənələrinə malik ölkələrdir. Hər iki ölkədə futbol durmadan inkişaf edir. Sevinirəm ki, bügünkü gündə dünyanın ən yaxşı məşqçiləri arasında həm almanlar, həm də hollandlar var. Onlardan biri də elə Hiddinkdir. Hansı ki, mənim ona böyük hörmətim var. Bunu demişəm, bir daha da təkrar edirəm - Hiddink hazırda dünyanın ən yaxşı məşqçilərindən biridir
- Qus Hiddink: Bu ayrı-ayrı məşqçi məktəbləridir. Ona görə hansısa rəqabətdən söhbət gedə bilməz. Millilər və klublar arasında sözsüz ki, gərgin rəqabət var. Amma bu sözü məşqçilərə aid etmək olmaz. Mənim almaniyalı həmkarlarım arasında dostum varmı? Ümumiyyətlə, mən dost kəlməsinə çox həssas yanaşıram. Dost o adamı hesab edirəm ki, o sənin pis vərdişlərini, keçmişdə etdiyin səhvləri bilir və buna baxmayaraq, yenə də səninlə dostluq edir. Bax əsl dostluq budur. Buna görə də deyirəm ki, mənim almaniyalı məşqçilər arasında dostum yoxdur. Bununla belə Almaniyada xeyli tanışlarım var ki, mən onlarla tez-tez ünsiyyət qururam. Həmin adamlar arasında Berti Foqts, Frants Bekkenbauer, Ottmar Hitsfeld, Yup Haynkes, Otto Rehagel, Tomas Şaaf və başqaları var. Foqts Şotlandiya millisini çalışdırarkən, öz komandasıyla birgə həmin vaxt mənim çalışdırdığım Cənubi Koreyaya gəlmişdi. Həmin vaxtdan biz məşqçilərin konqresində dəfələrlə görüşmüşük.
- Rəqibinizdən hansısa sürpriz gözləyirsiniz? Yoxsa hesab edirsiniz ki, bu qeyri-mümkündür?
- Bert Foqts: Futbol sürprizlərlə zəngin oyundur. Mən Rusiya millisinin demək olar ki, son vaxtlardakı bütün oyunlarına baxmışam. Deyə bilərəm ki, Rusiya güclü komandadır. Amma unutmaq lazım deyil ki, güclü komandalar da taktikasını dəyişə bilərlər. Biz oyuna hazırıq. Sürpriz olub-olmayacağını isə matç göstərəcək. Əlbəttə istərdim ki, sürpriz olsun. Amma bizim tərəfimizdən.
- Qus Hiddink: Müasir futbolda br o qədər də sürpriz etmək qeyri-mümkündür. Çünki indi hər bir komanda digərini yaxşı tanıyır. Biz rəqibi tanıyırıq, onlar da bizi.
- Həmkarınızı bir və müəyyən qədər qısa cümləylə xarakterizə edə bilərsiniz?
- Berti Foqts:
Qısa xarakterizə etmək bir qədər çətindir. Çünki Hiddink son zamanlar ən uğurlu məşqçilərdən biridir. Hansı ki, həm klubda, həm də millidə nəticə verməyi bacarır.
- Qus Hiddink: Yüksək səviyyəli peşəkar məşqçi, düzgün və çox ciddi insan.
-  Siz hər ikiniz məşhur qərbi avropalı mütəxəssissiniz və hazırda keçmiş SSRİ ölkələrində çalışırsınız. Öz işinizdə əsasən hansı çətinliyi görürsünüz və sizcə vəzifəniz nə zaman başa çatdırılmış hesab olunacaq?
- Berti  Foqts:
Rusiya millsi Hiddinkin başçılığı altında Avropa çempionatının bürünc mükafatını qazandı. Bundan sonra rəqiblər Rusiyaya qarşı daha diqqətli olmağa çalışacaqlar. Buna görə də Rusiya millisi öz imicini qorumağa çalışmalıdır. Mənim vəzifəm isə Azərbaycan futbolunun inkişafına yardım etməkdən ibarətdir. Mən tamamilə yeni, gələcəyə hesablanmış yeni komanda qururam. Buna görə də biz gənclərə daha çox şans verməliyik. Azərbaycanda idmana, o cümlədən də futbola böyük diqqət göstərilir. Amma təbii ki, dərhal nəticə qazanmaq çətindir. Amma biz düzgün yoldayıq və Azərbaycan futbolu 3-4 ildən sonra yeni səviyyə çatacaq.
- Qus Hiddink: İstənilən tapşırığı sonadək yerinə yetirmək qeyri-mümkündür. Çünki mənim vəzifəm təkcə ölkənin əsas komandasına uğur qazandırmaq yox, həm də bütün ölkədə futbolun səviyyəsini yüksəltməkdir. Həm də nəzərə almaq lazımdır ki, bu gün klublar futbolçuya pul verərkən, əvvəlkindən 2 dəfə çox götür-qoy edirlər. Bu cür vəziyyət isə yerli futbolçuların inkişafına yardım edir. Mən legionerlərin əleyhinə deyiləm. Hər bir ölkədə yüksək səviyyəli əcnəbi futbolçulara ehtiyac var. Bu gün Rusiyadakı gənc futbolçuların durumu məni qane edir. Soyad çəkməyi xoşlamıram. Amma bir misal çəkəcəyəm. Denisova fikir verin. Onun 3 il əvvəlki durumuyla indiki arasında böyük fərq var. Mən bu haqda həm “Zenit”in baş məşqçisi, həm də prezidentiylə danışmışan. Onlara bildirdim ki, məhz bu yolla gənclərin səviyyəsini yüksəltmək olar. Əgər görsəm ki, Rusiya klublarında kifayət qədər gənc futbolçu çıxış edir və onlar aparıcı oyunçulardır, o zaman öz vəzifəmi bitmiş hesab edəcəyəm.
 


Son xəbərlər