Rusiya - Azərbaycan oyununa 61 min bilet satılıb

XƏBƏR 28 Mart 2009 / 12:27 2513
-  A +

"Dünən axşama olan məlumata görə, Rusiya - Azərbaycan oyununa satılmış biletlərin sayı artıq 60500-ə çatıb". Qol.Az-ın "Sovetski Sport"a istinadən veriyi məlumata görə, bu sözləri Rusiya Futbol İttifaqının baş direktoru Aleksey Sorokin deyib. Sorokin "Lujniki"dəki matça daha çox azarkeş gələcayinə əmindir: "Nəzərə almaq lazımdır ki, kassalar bağlı olduğu vaxtda da internet vasitəsiylə bilet almaq mümkündür. Hələ 3-4 min bilet sahibini tapmayıb. Digər tərəfdən də Rusiya Futbol İttifaqı kimsəsiz uşaqlara da bir qədər pulsuz bilet paylayıb. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanla oyunumuz zamanı stadionda 61 mindən daha çox azarkeş olacaq".     

Son xəbərlər