Albaniya – Azərbaycan matçı italiyalı hakimlərə tapşırıldı

XƏBƏR 11 Noyabr 2011 / 15:57 1538
-  A +

Bu gün Bakı vaxtı ilə saat 21:00-da, Tirana şəhərindəki "Qemal Stafa" stadionunda Albaniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib. 

Qol.Az-ın məlumatına görə, görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: Paolo Silvio Mazzoleni
Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

 


Son xəbərlər