”Ulduzu “Muğan”da (indiki “Rəvan”da) parlayan Novruz Məmmədov “Toplu Bakı”nın “kumir”inin qonağıdır. 21 yaşlı müdafiəçi istər U-19 istərsə də, U-21 -dəki çıxışı ilə də diqqət mərkəzinə düşməyi bacarıb. Hələ 19 yaşında Azərbaycan Premyer liqasında mübarizə aparan bir klubun kapitanlıq sarğısını qoluna bağlamış istedadlı futbolçu “Bakı” və Azərbaycan milli komandasında da sözünü deyəcəyinə inanır. Onunla hazırladığımız müsahibəni təqdim edirik:
Adı, soyadı: Novruz Məmmədov
Doğum tarixi: 20 mart 1990
Mövqeyi: müdafiəçi
Karyerası: “İnter”, “Rəvan”, “Bakı”
- Söhbətimizə futbola gəlişindən başlayaq. O günləri necə xatırlayırsan?
- Əhmədlidə - Ukrayna dairəsi yaxınlığında yaşayırıq. Həmin ərazidə meydançalar olmadığı üçün uşaqlarla birgə məhəllədə oynayardıq. Kimin topu var idisə, hamı onunla dost olur, ondan xahiş edərdi ki, icazə versin, onun topuyla futbol oynayaq. Bəzən top olmayanda plastik kola qablarının ağız qapağını möhkəm sıxıb, asfalt və daşın üstündə ayaqyalın oynardıq. Axşama kimi beləcə vaxtımızı küçələrdə keçirərdik. Dizimin sağalan vaxtı olmurdu. Bərk yerdə oynadığımız üçün demək olar hər gün əzilirdim. Futbol məşğələlərinə ilk dəfə 13 yaşım olanda getmişəm. Bayıl qəsəbəsi ərzisində “20-ci sahə” deyilən yerdə məşqçi Bəhmən Həsənov “Göyçə” adlı bir klub yaratmışdı. Məhəllədən bir neçə uşaq oraya futbol oynamağa gedirdi. Həvəsim olduğu üçün mən də onlara qoşulub oraya getdim. Əvvəlcə evdəkilər buna etiraz edirdi. Deyirdilər ki, bu qədər yol gedib-gəlirsən, özünə yazığın gəlsin. Mən isə təbii ki, inad göstərib fikrimdə qəti idim. İki ilə yaxın həmin komanda ilə müxtəlif yarışlarda iştirak etmişik.
- Bəhmən Həsənov və Asim İbrahimovun sənin futbolçu kimi yetişməyində əsas rolu oynadı...
- Bəhmən Həsənov ilk müəllimim olmaqla bərabər, mənim futbolçu kimi yetişməyimin əsas səbəbkarıdır. Onun məsləhəti ilə əvvəlcə “İnter”ə keçdim. Asim İbrahimovun rəhbərliyi ilə birinci divizyonda “İnter-2”nin, sonra isə “İnter”in əvəzedici komandasında oynamışam. Oynadığım müddətdə əvəzedicilərin kapitanı da olmuşam. Asim müəllim “NBC”yə (İndiki “Rəvan”) məşqçi təyin ediləndə, məni də özü ilə birgə bu kluba gətirdi. Şanslı insanam. “İnter”in əvəzedicilərində qalsaydım, bəlkə də indi futbolu atmışdım. Çünki bu klubun əsas heyətinin əksər oyunçuları legionerlərdir. Onların yanında mənim kimi gənclərə şans veriləcəyi isə inandırıcı görünmürdü. İlk dəfə Premyer liqada meydana- Salyanda “Xəzər Lənkəran”a qarşı oyunda çıxdım. Bir mövsüm ehtiyatda qalsam da, növbəti mövsümdə fasilələrlə olsa da, oynadım. Kemal Alispahiçin “Muğan”a baş məşqçi təyin edilməsindən sonra isə hər oyun 90 dəqiqə oynamağa başladım. Bəhmən Həsənov baş məşqçi olanda isə kapitanlıq sarğısını da mənə etibar etdi. Bununla belə, mən karyeramda dəyişiklik etməyə qərar verdim. Ona görə də “Bakı”nı seçdim. Bu klubla birgə, Avropa yarışlarında Azərbaycanı layiqincə təmsil etmək istəyim var.
- Yaş qrupları üzrə bütün millilərdə çıxış etmisən. Nədənsə, U-21-də işlərin qaydasına düşmür.
- Hələ ilk dəfə, 15 yaşadək milli komanda yaradılanda ora dəvət aldım. Mirbağır İsayevin rəhbərliyi ilə komanda rəsmi turnirlərdə iştirak etməsə də, biz müxtəlif yoldaşlıq görüşləri keçirib, təlim-məşq toplanışlarında iştirak edirdik. Həmin vaxt əsasən 17 yaşadək yığma komanda ilə oynayırdıq. Bizim aramızdan bir neçə uşaq 17 yaşlılara qoşulurdu. Bir ildən sonra 17, ardınca 19 yaşadək millilərdə oynadım. Hal-hazırda 21 yaşadək futbolçulardan ibarət millinin əsas heyət oyunçusuyam. Bu etimadı mənə göstərdiyi üçün məşqçilərimə minnətdaram. U-21 son seçmə mərhələdə uğursuz çıxış etsə də, komandamızı zəif adlandırmazdım. Belçika ilə son oyunda hesab 2:2 oldu. Həmin oyunda 2:0 öndə olsaq da, hesabı qoruya bilmədik. Belçikalıların heyətində Avropanın adlı-sanlı klublarında top qovan futbolçular var idi. U-21 –in uğur qazanması üçün gərək futbolçular öz klublarında əsas heyətdə oynasın. Çoxlu legioner həyatı yaşayan futbolçularımız olsa, uğur qazanmaq olar.
- Milli komandanın heyətinə bir neçə dəfə dəvət alsan da, Berti Foqts sənə güvənməyi lazım bilmədi. Gələn il 21 yaşın tamam olur. Əsas milliyə düşməməkdən qorxmursan?
- Əvvəlcə onu deyim ki, milli komandanın futbolçusu olmaq hər bir futbolçu üçün fəxrdir. Millidə oynamaq ikiqat məsuliyyət, qürurdur. Oyuna çıxanda himni oxumaq, ölkəni təmsil etmək, milli forma geyinmək – bunlar hamısı insana stimul verir. Millidə təcrübəli futbolçular olduğu üçün, Foqts məni U-21 -ə lazım bilirdi. Zaman keçdikcə komandada nəsil də dəyişir. Növbəti seçmə mərhələdə əsas milliyə dəvət alacağıma inanıram.
- “Bakı” barədə nə deyə bilərsən?
- Mən bu komandaya uğur qazanmaq üçün gəlmişəm. Məqsədim Azərbaycan çempionu olub, bu klubla Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Klubun futbolçular qarşısında qoyduğu konsepsiya bundan ibarətdir. Yaxın illərdə buna nail olacağımıza əminəm. Müasir tələblərə cavab verən idman kompleksi və yetişməkdə olan yüzlərlə seçmə futbolçu nəslinın hesabına buna nail olacağıq.
Mənbə: "Bakı" klubunun rəsmi saytı
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi