AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun son turunda baş verən hadisələr də diqqətdən kənarda qalmayıb. Qol.Az-ın məlumatına görə, son turda baş verənləri müzakirə edən İK bununla bağlı müvafiq qərarlar çıxarıb:
Azərbaycan birinci divizionunun IX turunun “Neftçala” – “Şuşa” matçında “Şuşa” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Azərbaycan I divizionunun IX turunun “Bakılı” – “Şahdağ” matçının 16-cı dəqiqəsində “Şahdağ” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edildikdən sonra “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etmişdir. Fasilə zamanı “Bakılı” klubunun prezidenti Misir Əbilov dəhlizdə “Şahdağ” klubunun futbolçularını təhqir etməyə başlamış və bu hadisə hər iki klubun futbolçularının bir-birinə qarşı aqressiv hərəkətləri və nalayiq ifadələri ilə nəticələnmişdir. Matçın baş hakimi isə öz səlahiyyətlərini aşaraq matçın II hissəsini keçirməkdən boyun qaçırmışdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq bu qərarlar qəbul olunur:
1. “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibalayev 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.
2. “Bakılı” klubunun prezidenti Misir Əbilov 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.
3. I divizionunun IX turunun “Bakılı” – “Şahdağ” matçı PFL-in təyin etdiyi vaxtda yenidən oynanılsın.
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında ciddi ölçü götürərək İntizam Komitəsinə yazılı məlumat versin.
Hakim-İnspektorlar Komitəsi oyunun hakim-inspektoru haqqında ciddi ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.
Azərbaycan I divizionunun IX turunun “Energetik” – “Lokomotiv” matçının 75-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi İbrahim Uzunca texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, kluba 100 manat cəza tətbiq edilib.
Azərbaycan I divizionunun IX turunun “Qaradağ Lökbatan” – “Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 68-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 nömrəli futbolçusu Novruz Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimələnib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı