Qvardiola: "Real" bizdən daha yaxşı oynayır"

Qvardiola: "Real" bizdən daha yaxşı oynayır"
XƏBƏR 10 Noyabr 2011 / 01:03 1856
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola əzəli rəqibləri "Real" (Madrid) klubunun cari mövsümdəki çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Qvardiola "Real"ın bu mövsüm onun komandasından daha yaxşı oynadığını etiraf edib:

"Real" hazırda bizdən 3 xal öndədir. Bu isə o deməkdir ki, Madrid təmsilçisi bu mövsüm bizdən daha yaxşı çıxış edir. Lakin mövsümün sonunda nələr olacağını deyə bilmərəm. Bu iki komanda arasında gərgin mübarizənin gedəcəyi isə heç kəsdə şübhə doğurmur".

Qeyd edək ki, 11 turdan sonra "Real" 28 xalla turnir cədvəlinin 1-ci, "Barselona" isə 25 xalla 2-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər