Fatih Terimin "Roma"lı hədəfi

Fatih Terimin "Roma"lı hədəfi
XƏBƏR 10 Noyabr 2011 / 00:44 1851
-  A +

Qış transfer pəncərəsi dönəmində hücum xəttini gücləndirməyi planlaşdıran "Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu dəfə "Roma"ya üz tutub. 

Qol.Az-ın "milliyet.com"a istinadən verdiyi məlumata görə, Terim qışda "Roma"dan ayrılacağı gözlənilən Marko Boriellonu transfer etmək niyyətindədir.

Daniel Osvaldo və Boyan Krkiç kimi hücumçularla rəqabətdə uduzan Boriellonun da "Roma"dan ayrılmaq istədiyi bildirilir. 29 yaşlı futbolçu ilə "Qalatasaray"la yanaşı, Fransanın PSJ klubu da yaxından maraqlanır.

Qeyd edək ki, 2010-cu ildə "Milan"dan "Roma"ya transfer olunan futbolçu keçirdiyi 40 oyunda cəmi 11 dəfə rəqib qapılarına yol tapıb.  

Daha çox


Son xəbərlər