Vaqif Sadıqovun komandası üçün daha bir ulduz

Vaqif Sadıqovun komandası üçün daha bir ulduz
XƏBƏR 10 Noyabr 2011 / 00:01 1754
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Seydu Keytanın yanvar ayında komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın məlumatına görə, milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Rusiyanın "Anji" klubu malili futbolçunu transfer etməyi planlaşdırır.

Mahaçqala təmsilçisi ilə yanaşı, İngiltərənin "Liverpul" klubu Keyta ilə yaxından maraqlanır. "Anji" rəhbərliyi 31 yaşlı futbolçunun transferi üçün 14 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 2008-ci ildən "Barselona"da çıxış edən Keyta keçirdiyi 102 oyunda cəmi 13 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər