Kamran Ağayevin saytına hücum oldu

Kamran Ağayevin saytına hücum oldu
XƏBƏR 9 Noyabr 2011 / 20:55 3098
-  A +

“Neftçi” ilə matçda bilərəkdən oynamadığı iddia olunan "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayevə növbəti zərbə azarkeşlərdən gəlib.

Futbolçuya qarşı qəzəbli olan lənkəranlı azarkeşlər onun internet səhifəsinə hücum ediblər. Saytı yararsız hala salan fanatlar ana səhifədə “Xəyanəti və xəyanətkarları bağışlamırıq” yazısını yerləşdirib. Kamran Ağayev məsələ ilə bağlı Qafqazinfo-nun əməkdaşına verdiyi açıqlamada bundan xəbərsiz olduğunu bildirib: “Bu sayt fanatlar tərəfindən bir neçə ay əvvəl yaradılıb. Lakin indi orada nə yazıldığı haqqında məlumatım yoxdur. Yəqin ki, saytı dağıdan da azarkeşlərdir”.

Daha çox


Son xəbərlər