Pavel Poqrebnyak: “Əsas qələbədir”

XƏBƏR 27 Mart 2009 / 20:35 2520
-  A +

“Şəxsən mənim üçün Azərbaycanla oyunda hesabın heç bir fərqi yoxdur. Əsas olan qələbə qazanmaqdır”. Qol.Az-ın Moskvadakı müxbiriylə söhbətində bu sözləri Rusiya milli komandasının və “Zenit”in hücumçusu Pavel Poqrebnyak deyib. O bildirib ki, milli komandamızdan müdafiəyə meylli oyun gözləyir: “Qarşıdakı iki oyunda mütləq 6 xal qazanmalıyıq. Buna görə də Azərbaycanla oyunda xal itirməyi heç ağlımızdan da keçirmirik. Azərbaycan millisi çox güman ki, bizimlə oyunda müdafiədən oynayacaq”.

 


Son xəbərlər