Messi: "Rekordlar kitabına düşmək haqda fikirləşmirəm"

XƏBƏR 9 Noyabr 2011 / 02:16 2188
-  A +

"Barselona" klubunun argentinalı ulduzu Lionel Messi rekord qırmaqdan daha çox komandasına faydalı olmaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, Messi hazırda 235 qolla "Barselona"nın ən çox qol vuran futbolçusu olan Sezar Rodriqezin rekordunu təkrarlamaq istəyini də gizlətməyib:

"Əlbəttə, Rodriqezin rekordunu təkrarlamaq istəyərəm, ancaq əsas komandamın uğurudur. "Barselona" ilə daha böyük uğurlar qazanmaq istəyirəm. Rekordlar kitabına düşmək haqda isə heç fikirləşmirəm.

Rodriqezin rekordunu bu mövsüm qırıb-qırmayacağım önəmli deyil. Bu məsələni özüm üçün problemə çevirmək niyyətim yoxdur. Oyunum yaxşı alınarsa, hər şey ola bilər".

Qeyd edək ki, Messi hazırda 203 qolla "Barselona"nın tarixində ikinci ən çox qol vuran futbolçudur.

 


Son xəbərlər