Rusiya çempionatının ikinci dövrəsinin püşkü atıldı

XƏBƏR 9 Noyabr 2011 / 00:13 1532
-  A +

Rusiya Premyer Liqasının ikinci dövrəsinin püşkatması baş tutub.

Qol.Az-ın məlumatına görə, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun komandası “Anji” çempionatın 31-ci turunda səfərdə  “Zenit”lə  üz-üzə gələcək.

Milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” isə öz meydanında “Amkar”ı qonaq edəcək.

31-ci turun oyunları noyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, "Anji" hazırda turnir cədvəlinin 8-ci, "Volqa" isə 12-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər