Taekvondoçularımız Xorvatiyada beş medal qazanıblar

Taekvondoçularımız Xorvatiyada beş medal qazanıblar
XƏBƏR 8 Noyabr 2011 / 23:57 1237
-  A +

Azərbaycanın taekvondo üzrə yığma komandası Xorvatiya açıq çempionatında (“Croatia open”) beş medal qazanmışdır.

Qol.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,  baş məşqçi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında Zaqrebə yollanan 14 taekvondoçumuzdan ikisi qızıl medal qazanmışdır. London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) finalda Elin Johanssona (İsveç), Elvin Məmmədov (74 kq) isə Əlireza Əziziyə (İran) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Fariz Əliyev (68 kq) isə yalnız finalda Filip Qrqiçə (Xorvatiya) məğlub olaraq turnirin gümüş medalçısı olmuşdur. Bundan başqa, Xəyalə Quliyeva (46 kq) və Təvəkkül Bayramov (87 kq-dan yuxarı) bürünc medal qazanmışlar.

Taekvondoçumuz Elvin Məmmədov yarışın ən taktikalı döyüşçüsü adına layiq görülmüşdür.


Son xəbərlər