Burak Yılmaz rus klubları və "Borussiya"nın hədəfində

Burak Yılmaz rus klubları və "Borussiya"nın hədəfində
XƏBƏR 8 Noyabr 2011 / 18:25 2301
-  A +

"Trabzonpsor" klubunun hücumçusu Burak Yılmazın "elçi"ləri artmaqda davam edir.

Qol.Az-ın məlumatına görə, bu mövsüm Superliqada 13 qol vuran Burak rus klubları - CSKA (Moskva), "Zenit" və Almaniyanın "Borussiya" (Dortmund) klublarının maraq dairəsinə düşüb.

Hər üç klub qış transfer pəncərəsi dönəmində Yılmazı heyətinə cəlb etməyi planlaşdırır. Burakın "Trabzonspor"dakı təzminat məbləği 5 milyon avro olduğundan hər 3 klub bundan maksimum yararlanmaq istəyir.

Trabzonspor təmsilçisi isə 26 yaşlı hücumçunun satışından daha çox gəlir əldə etmək niyyətindədir. Bu məqsədlə rəhbərlik Burakın transferi ilə bağlı növbəti ayda danışıqlara başlayacağını açıqlayıb.

Qeyd edək ki, 2010-cu ildən "Trabzonspor"da çıxış edən Burak keçirdiyi 49 oyunda 35 dəfə fərqlənməyə müvəffəq olub.

 

Daha çox


Son xəbərlər