Peter Çex: "Növbəti oyunda Betmenə oxşayacağam"

Peter Çex: "Növbəti oyunda Betmenə oxşayacağam"
XƏBƏR 8 Noyabr 2011 / 17:44 1883
-  A +

İngiltərənin “Çelsi” futbol klubunun qapıçısı Petr Çex sifətindən daha bir zədə alıb.

Qol.Az-ın məlumatına görə, çexiyalı qolkiper “Blekbern”lə Premyer Liqa matçında burnunu qırıb.

Bu səbəbdən, Çex qoruyucu maskada oynayacaq. Beləliklə, 29 yaşlı qapıçı başına şlem, sifətinə isə maska keçirəcək. Təcrübəli qolkiper deyib: “Növbəti oyuna yalnız qoruyucu maskada çıxa bilərəm. Digər tərəfdən, mən artıq şlem geyinirəm. Ona görə də indi Betmenə oxşayacağam”.

Qeyd edək ki, Petr Çex 2006-cı ilin oktyabrında çənəsindən ağır zədə alıb. Həmin zədə üzündən o, indiyədək şlemlə oynayır.

 

Daha çox


Son xəbərlər