Hakim oyun vaxtı tapança ilə qətlə yetirildi

Hakim oyun vaxtı tapança ilə qətlə yetirildi
XƏBƏR 8 Noyabr 2011 / 16:22 2203
-  A +

Venesuelada mini-futbol matçı zamanı hakim güllələnib.

Qol.Az-ın məlumatına görə, oyunun gedişini tribunadan izləyən azarkeşlərdən biri 42 yaşlı Timoleon Kastilyonun başına tapança ilə 3 dəfə atəş açıb.

Kastilyonun söz savaşından sonra oyunçulardan birini meydançadan qovması fanatı qəzəbləndirib. Hakim aldığı güllə yaralarından keçinib. Qatil isə hadisə yerindən qaçıb. Hazırda onun axtarışı aparılır.

Daha çox


Son xəbərlər