"Fiorentina" baş məşqçisi ilə yollarını ayırdı

"Fiorentina" baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR 8 Noyabr 2011 / 15:06 1286
-  A +

İtaliyanın "Fiorentina" klubu baş məşqçi Sinisa Mixayloviçlə yollarını ayırıb.

Qol.Az-ın məlumatına görə, buna "Fiorentina"nın bu mövsüm uğursuz çıxış etməsi səbəb olub.

2010-cu ildə "Fiorentina" komandasına baş məşqçi gətirilən Mixayloviçin bu mövsüm qarşısına Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsi qoyulmuşdu.

Lakin rəhbərlik ümidləri doğrultmayan serbiyalı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Rəhbərliyin bu posta Delio Rossini gətirəcəyi bildirilir.

Qeyd edək ki, "Fiorentina" klubu hazırda 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 


Son xəbərlər