"Finalda "Barselona" ilə qarşılaşmaq istəyirik"

"Finalda "Barselona" ilə qarşılaşmaq istəyirik"
XƏBƏR 8 Noyabr 2011 / 02:40 2198
-  A +

"Santos" klubunun futbolçusu Neymar maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Neymar dekabr ayında keçiriləcək klublararası dünya çempionatında "Barselona" ilə qarşılaşmaq istədiklərini bildirib:

"Finalda "Barselona" ilə qarşılaşmaq istəyirik. Həmin oyun hamımız üçün böyük önəm daşıyır. Təbii ki, finala çıxmaq üçün çox çalışmalıyıq.

Hazırda dünyanın ən güclü komandası "Barselona"dır. Onlarla finalda qarşılaşmaq və qalib gəlmək bizim üçün xəyal olar. Ancaq bunu gerçəkləşdirməyə çalışacağıq".


Son xəbərlər