"Real" (Madrid) klubunun portuqaliyalı futbolçusu Kriştian Ronaldo komanda yoldaşı Məsut Özil haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, Ronaldo Özillə daha yaxşı çıxış etdiyini və rahat qollar vurduğunu bildirib:
"Məsutla daha yaxşı çıxış edirəm və çox rahat qollar vururam. Çünki Özil meydanı yaxşı görür və nə vaxt nə edəcəyini gözəl bilir. Ona görə də Məsutla oyunum əla alınır. Ətrafınızda belə istedadlı futbolçular olduqda sən də yaxşı oynayırsan. Özil də tam bir istedaddır.
Məsutla çox gözəl münasibətim var. Hər keçən gün bu münasibətlərimiz daha üst səviyyəyə çatır. İnanıram ki, onunla gələcəkdə daha böyük uğurlara imza atacağıq".
Qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada keçirdiyi 11 oyunda 13 dəfə rəqib qapılarına yol tapıb.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi