Əfsanəvi boksçu son günlərini yaşayır

Əfsanəvi boksçu son günlərini yaşayır
XƏBƏR 8 Noyabr 2011 / 00:01 2145
-  A +

Əfsanəvi amerikalı boksçu Co Freyzer ağır vəziyyətdədir.

Qol.Az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Freyzerin qara ciyərində xərçəng aşkarlanıb.

Artıq xərçəng müalicəsi mümkün olmayan mərhələdədir və boksçunun ömrü çox az qalıb.

Qeyd edək ki, Co Freyer zamanında olimpiya çempionu, WBA və WBO versiyalarında ağır çəkidə dünya çempionu olub. Co Freyzerin başqa bir əfsanəvi boksçu Məhəmməd Əli ilə təkbətək döyüşləri daha çox məşhurdur. Co Freyzer ilk döyüşdə Məhəmməd Əlini nokdauna salaraq qalib gəlib. Ancaq ikinci görüşdə xal hesabı ilə Məhəmməd Əliyə məğlub olub. Üçüncü döyüş isə dünya boks tarixində ən sərt və ağır döyüşlərdən olub. 14-cü raundda Co Freyzerin məşqçisi ağ bayraq qaldıraraq döyüşün saxlanılmasını istəyib.

Məhəmməd Əli qalib elan olunub. Lakin sonradan məlum olub ki, həmin an Məhəmməd Əli də döyüşü davam etdirmək gücündə deyilmiş. Məhəmməd Əli buna görə məşqçisindən əlcəklərini çıxarmasını xahiş etmək üçün ona üz tutub, sadəcə, Co Freyzenin məşqçisi bir neçə saniyə qabağa düşüb...


Son xəbərlər