Nizami Hacıyev: "Bizə qələbə hava-su kimi lazım idi"

Nizami Hacıyev: "Bizə qələbə hava-su kimi lazım idi"
XƏBƏR 7 Noyabr 2011 / 02:20 1679
-  A +

“Topla daha çox oynamağı sevən bir komandayıq. Tovuz stadionun durumu isə bizə buna imkan vermədi. Oyun çox gərgin keçdi. Meydançanın pis vəziyyətdə olması səbəbindən müdafiədə səhvlər olurdu. Bizə qələbə hava-su kimi lazım idi. Xal itirsəydik turnir cədvəlindəki mövqeyimizi çətinləşdirə bilərdik. Bndan sonra da hər oyuna qələbə əzmi ilə çıxacağıq”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri səfərdə “Turan”ı minimal hesabla məğlub edən “İnter”in üzvü Nizami Hacıyev deyib. 

Qeyd edək ki, komandasının qələbə qoluna Nizami Hacıyev imza atıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner