Sadıq Sadıqov: "Klubumuzun tutduğu yol düzgündür"

Sadıq Sadıqov: "Klubumuzun tutduğu yol düzgündür"
XƏBƏR 7 Noyabr 2011 / 01:16 1511
-  A +

Həcc ziyarətində olan "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran” üzərindəki möhtəşəm qələbəni (5:0) dəyərləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sadıq Sadıqov komandanın qarşısında böyük məqsədlərin olduğunu bildirib: “Ötən mövsüm çempionluğu bayram edən "Neftçi" klubu bu mövsüm də yüksək hədəflər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bu gün komandamızın qazandığı böyük hesablı qələbə bir daha onu nümayiş etdirir ki, klubumuzun tutduğu yol düzgündür. Bütün "Neftçi"sevərləri, futbol ictimaiyyətini, xalqımızı Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm və Uca Tanrıdan onların dualarının qəbul olunmasını diləyirəm”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq