Parks: "Məqsədimiz bütün titullara yiyələnməkdir"

XƏBƏR 7 Noyabr 2011 / 01:02 1514
-  A +

“Belə bir meydanda oynamaq bizim üçün çətin oldu. Komanda “Kəpəz”lə oyuna yaxşı hazırlaşmışdı. Əlimə düşən ilk fürsəti istifadə edərək qol vurdum. Əsas məqsədimiz çempionatda bütün titullara yiyələnməkdir”.

Qol.Az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri komandanın kosta-rikalı hücumçusu Uinston Parks “Kəpəz”lə matç haqda danışarkən deyib.

Qeyd edək ki, “Bakı” son turda Gəncə klubunu səfərdə 3:1 hesabı ilə məğlub etdi.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq