Sxadadze Tovuz stadionundan narazılıq etdi

Sxadadze Tovuz stadionundan narazılıq etdi
XƏBƏR 6 Noyabr 2011 / 17:25 1280
-  A +

"Maraqlı oyun keçdi. Oyunçularıma meydançanın vəziyyətinə uyğun olaraq əzmkar oyun göstərməyi tapşırmışdım. Komandadan razıyam. Sona qədər mübarizə apardılar. Belə bir meydançada oynamaq tək bizə yox, hər bir komandaya çətindir".

Qol.Az-ın məlumatına görə, bu sözləri səfərdə “Turan”ı minimal hesabla məğlub edən “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən 12-ci turunun oyununda "İnter" Tovuzda "Turan"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq