“Azərbaycana qarşı oynamaq böyük risk tələb edir”

XƏBƏR 27 Mart 2009 / 16:12 2458
-  A +

“İlk öncə onu deməliyəm ki, Azərbaycanı mütləq qiymətləndirmək lazımdır. Mən onların Uelslə oyunlarına baxmışam və deyə bilərəm ki, azərbaycanlılara qarşı oynamaq böyük risk tələb edir. Demək bizim üçün heç də asan olmayacaq. Hazırda bütün dünya futbol oynamağı öyrənib”. Qol.Az-ın məlumatına görə bu sözləri Rusiyanın “Sovetski Sport” qəzetinə Rusiya-Azərbaycan matçı ilə bağlı fikirlərini bildirən Rusiya millisinin sabiq hücumçusu Oleq Teryoxin bildirib. Teryoxin millimizlə oyun öncəsi Qus Hiddinkə heyət qurmaq baxımından məsləhət verməyi də unutmayıb: “Semşovın ehtiyatda qalacağı dəqiqdir. Mən onun yerində Denisovun oynamasını məsləhət görərdim. Semak və Zryanovun da hazırda yaxşı formada olduqlarını deyə bilərəm. Poqrebnyaka gəlincə, o, mütləq start heyətində meydana çıxmalıdır”.


 


Son xəbərlər