Noyabrın 6-da start götürəcək akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Mingəçevir Reqatası-2011”ə 5 ölkə qatılacaq.
Qol.Az-ın məlumatına görə, Azərbaycan idmançılarından əlavə, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə avarçəkənləri qələbə uğrunda mübarizə aparacaqlar.
Mingəçevirdə təşkil olunmuş əvvəlki beynəlxalq reqatalarda ilk 3 əcnəbi ölkənin təmsilçıləri çıxış edibsə, Türkiyə yığması ilk dəfə qüvvəsini sınayacaq. Bu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının qardaş ölkənin müvafiq qurumu ilə də əlaqələrinin get-gedə genişlənməsindən xəbər verir. Digər tərəfdən, Mingəçevir şəhərində yarışın keçiriləcəyi “Kür” Olimpiya Mərkəzi bütün müasir tələblərə cavab verməsi və ilboyu məşq imkanları baxımından, digər ölkələrin də diqqətini cəlb edib. Təsadüfi deyil ki, Ukrayna millisi nəinki reqatada iştirak edəcək, hətta turnirdən sonra qalaraq, uzunmüddətli təlim-məşq toplantısı keçəcək.
Tamaşaçılar bir-birindən maraqlı yürüşlərin şahidi olacaqlar. Belə deməyə ilk növbədə, reqatada Azərbaycanın bütün məşhur avarçəkənlərinin iştirakı faktı əsas verir. 2011-ci ildə 3 kanoeçimiz –Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko, eləcə də 2 akademik avarçəkənimiz – Aleksandr Aleksandrov və Nataliya Mustafayeva dünya çempionatlarında uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla belə, onlar Beynəlxalq "Mingəçevir Reqatası-2011”də də çıxış edəcəklər.
Yarışın baş hakimi İlqar Tağıyev olacaq. Açılış mərasimi noyabrın 6-da saat 10:00-da başlanacaq. Turnir 3 gün davam edəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq