"Bakı" klubunun kapitanı Cəmşid Məhərrəmov Unibank Premyer Liqanın növbəti turu çərçivəsində bu gün səfərdə “Kəpəz” üzərində qazanılan qələbə (3:1) haqqında danışıb.
Qol.Az-ın müxbirilə söhbətində Məhərrəmov meydançanın durumundan narazılığını bildirib: “Ağır oyun oldu. Gəncəyə qələbə qazanmaq üçün getmişdik. Şükürlər olsun ki, bu istəyimizə nail ola bildik. Üç xal qazanacağımızı gözləyirdim”.
Kapitan rəqibin oyununu yüksək dəyərləndirib: “Kəpəz” yaxşı komandadır. Onların “Xəzər Lənkəran”a qarşı matçlarını izləmişdik. Həmin oyunda da çox yaxşı çıxış etmişdilər. Bizə qarşı da layiqli müqavimət göstərdilər. Gəncə klubunun heyəti səviyyəli oyunçulardan təşkil olunub. Onlara gələcək oyunlarında uğurlar arzulayıram”.
Jaba bu gün uzun müddətdən sonra “Bakı”nın əsas heyətində meydana çıxıb. Məhərrəmov braziliyalı futbolçunun komandaya lazım olduğunu və gələcək qarşılaşmalarda daha yaxşı çıxış edəcəyini deyib.
Görüşün baş hakimi Elçin Məmmədov haqda danışan Cəmşid referinin oyun ərzində səhvləri olduğunu bildirib: “Baş hakimin ev sahibi komandaya simpatiyası hiss olunurdu. Məmmədovun oyun ərzində bəzi qərəzli qərarları diqqətdən yayınmadı. Düzdür, bu səhvlər oyunun nəticəsinə təsir etmədi. Hesab edirəm ki, hakim də insandır. O da səhv edə bilər”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq