"Çox gərgin oyun oldu. İlk hissədə qol imkanlarından istifadə edə bilmədik. Ekrem Hodziçin qırmızı vərəqə alması bizi "yıxdı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq"la oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Qədirov daha sonra bugünkü nəticədən narazılığını ifadə edib: "Taktiki dəyişiklik etməyə çalışsaq da, alınmadı, qapımızdan qol buraxdıq. Nəticə məni qane etmədi.
15 günlük fasilədən yararlanıb daha yaxşı hazırlaşmağa çalışacağıq. Hodziç qırmızı vərəqə aldığına və daxili intizamı pozduğuna görə rəhbərliklə bu barədə danışdıqdan sonra, qərar verəcəyik".
Qeyd edək ki, Premyer Liqanın XII turunda keçirilən "Rəvan" - "Simurq" oyunu 1:1 hesabı ilə başa çatıb.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər