Kamran Ağayev: "Neftçi"yə qarşı iştirakım sual altındadır"

Kamran Ağayev: "Neftçi"yə qarşı iştirakım sual altındadır"
XƏBƏR 4 Noyabr 2011 / 17:58 2191
-  A +

“Azərbaycanda kifayət qədər güclü qapıçılar çıxış edir. Bir çox qapıçı ilin ən yaxşısı seçilməyə layiqdir. Ancaq məni seçdiklərinə görə təşəkkür edirəm. Gələcəkdə də çalışacağam ki, bu ada layiq olduğumu göstərim. İndiyə kimi özümüzə görə oynayırdıq. Amma xalq bizi belə mükafatlarla təltif edirsə, deməli biz artıq xalqın adamlarıyıq”.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri ilin qapıçısı nominasiyasında qalib adını qazanan “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

Ağayev yüngül zədəsinin olduğunu deyib: “Ona görə də növbəti turda “Neftçi”yə qarşı iştirakım sual altındadır. Amma oyuna qədər hazır olsam meydana çıxacağam. Mən meydanda olsam da, olmasam da komandamıza inanıram”.

Son xəbərlər