İngiltərə millisinin baş məşqçisi Fabio Kapello 3 oyunluq diskvalikasiya olunan komandanın hücumçusu Ueyn Runi ilə görüşüb.
Qol.Az-ın məlumatına görə, Kapello Runini Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına aparacağını bildirib.
"Mançester Yunayted" klubunun futbolçusu Runi bu haqda belə danışıb:
"Mən AÇ-2012-də oynamaq və komandamın yanında olmaq istəyirəm. Kapellonu yaxşı başa düşürəm. O, Avropa çempionatına bütün görüşlərdə oynaya biləcək futbolçuları aparacaq. Lakin Kapello məni də yaddan çıxarmayıb. 3 oyunluq diskvalikasiya olunmağıma gəldikdə isə bu, mənim günahım idi. Ona görə də etiraz edə bilmərəm".
Qeyd edək ki, Runi AÇ-2012nin seçmə mərhələsində keçirilən Çernoqoriya - İngiltərə matçında rəqibini bilərəkdən vurduğu üçün 3 oyunluq diskvalikasiya olunub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu