Emin Mahmudov əvəzedici heyətə göndərildi

Emin Mahmudov əvəzedici heyətə göndərildi
XƏBƏR 4 Noyabr 2011 / 11:30 1573
-  A +

Moskavanın "Spartak" klubunun baş məşqçisi Valeri Karpin azərbaycanlı Emin Mahmudovu əvəzedici heyətə göndərmək qərarına gəlib.

Qol.Az-ın Rusiyanın "Sovetski sport" qəzetinə istinadən yaydığı xəbərə görə, Karpin əsas komandada möhkəmlənə bilməyən Mahmudovu, eləcə də müdafiəçi Markos Roxo, yarımmüdafiəçilər Aleksandr Zotov və Jano Ananidzeni də əvəzedici heyətə göndərib.

Adları çəkilən futbolçuların bu gün "Dinamo"nun əvəzedicilərinə qarşı oyunda meydana çıxacağı gözlənilir.

Son xəbərlər