"Qarabağ" ilk dövrəni necə başa vurdu?

"Qarabağ" ilk dövrəni necə başa vurdu?
XƏBƏR 3 Noyabr 2011 / 16:08 1625
-  A +

Premyer Liqanın ilk dövrəsi geridə qalıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, Ağdamın "Qarabağ" klubu 4 dövrəlik yarışın ilk hissəsini 4-cü pillədə bitirib.


"Qarabağ"ın ilk dövrədəki statistik göstəricilərini təqdim edirik:

"Qarabağ" sifariş vərəqəsinə 24 futbolçunun adını daxil edib. Amma 23 futbolçununun adı 11 tur ərzində adı "18"-likdə olub. 3-cü qapıçı Osman Umarovun yeganə istisnadır.

23 futbolçudan 20-si meydana çıxıb. Kamil Hüseynov 5, Elgiz Kərəmli və Təmkin Xəlilzadənin adı 2 dəfə maç siyahısında olsa da, meydana çıxmayıblar.

Sadəcə 4 futbolçu Rəşad Sadıqov, Admir Teli, Namiq Yusifov və Ansi Aqolli 11 oyunun hamısında meydanda olublar.

4 futbolçu ilə yanaşı, Bojan Pavloviç də ancaq start heyətində meydana çıxsa da, serb qolkiper 1 oyun az keçirib.

Adı çəkilənlərdən ilk 3-ü əvəzlənmədən meydanda olsalar da, Ansi VIII turda "Rəvan"la oyunda 70-ci dəqiqədə əvəzlənib.

Boyan Pavloviçlə Adamiya 10, Maksim Medvedev, Rauf Əliyev, İlqar Qurbanov və Bəxtiyar Soltanov 9 oyunda forma şansı əldə ediblər. Əvəzetmələrdən ən çox oyuna daxil olan Bəxtiyar Soltanovdur - 6 dəfə.

Dəqiqələr üzrə götürdükdə,  Sadıqov, Teli, Yusifov 990 dəqiqəylə (100 faiz)  meydanda ən çox qalan olublarsa, ilk turda zədələnən Zaur Həşimov cəmi 52 dəqiqə (5 faiz) olmaqla meydanda ən az qalan "Qarabağ"lı olub.

"Qarabağ" çempionatda 15 qol vurub (1 qolu AZAL-ın müdafiəçisi Arsenyeviç öz qapısına vurub). 10-nu isə öz qapısında görüb.

14 qola 9 futbolçu imza atıb. Rauf Əliyevlə Adamiya hərəyə 3 qol vurmaqla liderdir. Əfran İsmayılov 2 dəfə qola sevinib. Rəşad Sadiqov, Rəşad Sadıqov, Ansi Aqolli, Admir Teli, Vüqar Nadirov, Leonardo Roşa isə hərəyə bir dəfə fərqləniblər.

İlqar Qurbanovla Rəşad Sadiqovun hərəyə 2 qol ötürməsi var. İlk 2 tur fərqləndikdən sonra 3 oyunda qol vura bilməyən "Qarabağ" son 6 görüşdə meydanı qolsuz tərk etməyib. 3 oyunda isə komanda qapısını toxunulmaz saxlayıb.

I  dövrə ərzində "Qarabağ"ı 3 futbolçu kapitan qismində meydana çıxarıb, Sadiqov 7, Namiq 3, Fərhad 1 dəfə sarğını qoluna keçirib.

11 turda "Qarabağ"ın futbolçuları 20 sarı vərəqə, 2 qırmızı alıb. Daha dəqiq desək, 24 sarı vərəqə alınsa da, Rəşad Sadiqovla Adamiya 1 oyunda 2 dəfə sarı vərəqə almaqla avtomatik qırmızını görüb (Sadiqov "Qəbələ"ylə, Adamiya isə AZAL-la oyunda komandanı azlıqda qoyub).

Ən çox sarı vərəqə Rəşad Sadıqovla Maksim Medvedev alıb – 4 dəfə. Ümumiyyətlə, 11 futbolçu sarı vərəqəylə cəzalandırılıb, 9 futbolçu isə cəzasız ötüşüb.

Admir Teli bütün oyunlarda əvəzlənmədən oynasa da, sarı vərəqə almayıb "Sumqayıt Şəhər"lə oyunda heç bir futbolçu vərəqə almayıb. Ən çox vərəqə isə AZAL - "Qarabağ" (1:3) oyununda alınıb - 5 dəfə.

Komandanın oyununa 8 referi baş hakim kimi təyinat alıb. Anar Salmanov 3, Elnur Muradov 2 oyunu idarə edib. 6 hakim isə hərəyə bir dəfə fitini səsləndirib.

Dövrə ərzində 10 futbolçu zədə üzündən oyun buraxmalı olub. Ümumiyətlə, 11 turun hər birində zədə səbəbindən futbolçular oyunu buraxmalı olub.

I dövrədə 10 futbolçu 27 dəfə zədə səbəbindən kənarda qalıb. 3 halda zədə ucbatından məcburi dəyişilmə edilib. Zaur Həşimov "İnter", Emin İmaməliyev "Kəpəz", İlqar Qurbanov "Sumqayıt şəhər"lə oyunlarda məhz bu səbəbdən vaxtından əvvəl oyunu tərk edib.

Ən uzun zədə Emin İmaməliyevdə müşahidə olunub – 9 həftə. Zədə ucbatından ən çox futbolçu AZAL-la oyunda meydana çıxa bilməyib. Həmin oyun da 4 nəfər oynamayıb ki, bu da ilk dövrədə ən yüksək göstəricidir.

"Qarabağ" 11 oyunu 8 stadionda keçirib. Ən çox Quzanlıda - 3 dəfə  meydana çıxıb. Eyni zamanda "Dalğa Arena"da 2 dəfə ev oyunlarını keçirib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu