Türk futbolçu Şvanştaygeri sındırdı

Türk futbolçu Şvanştaygeri sındırdı
XƏBƏR 3 Noyabr 2011 / 12:02 2182
-  A +

Almaniya millisinin və "Bavariya" klubunun üzvü Bastian Şvanştayger zədələnib.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Napoli" klubu ilə oyunda çiynindən ciddi zədə alıb. Oyunun ikinci hissəsində türk futbolçu Gökhan İnler ilə havada top uğrunda mübarizədə yerə yıxıldığı üçün yarımmüdafiəçinin körpücük sümüyü sınıb.

Həkimlərin müayinəsindən sonra onun 1 ay yaşıl meydana çıxmayacağı məlum olub. Bununlada o, komandasına turnirdə qalan iki oyunda və Almaniya millisinə 11-15 noyabrda Ukrayna və Niderlanda qarşı oyunda kömək edə bilməyəcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq