Opara "Xəzər Lənkəran"ın heyətində 50-ci matçına çıxdı

XƏBƏR 3 Noyabr 2011 / 10:06 1362
-  A +

Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz”lə ev oyunu “Xəzər Lənkəran”ın bir neçə futbolçusu üçün əlamətdar olub. Belə ki, birdən-birə 4 oyunçu klubda yubiley matçına çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.
 
Sloveniyalı Dejan Rusiç 10, Elnur Abdullayev 25-ci, rumıniyalı Andrey Mureşan 30-cu dəfə ağ-yaşıl formada meydana çıxıb. Ən böyük yubiley isə Emeka Opara üçün olub. Nigeriyalı futbolçu komandanın heyətində 50-ci qarşılaşmasına çıxıb. 2009-cu ilin yayından “Xəzər Lənkəran”da çıxış edən hücumçu komandada ən azı 50 matç keçirən 30-cu futbolçu olub. Bu 30 futbolçu arasında 14-cü legioner olan Opara ilk afrikalıdır ki, 100-ü yarılayıb.
 
Mövsüm      Turnir       Oyun        Qol        Vərəqə      Qırmızı
2009/10  çempionat      14            4               3                 0
2009/10      kubok         4             1               1                 0
2010/11     Avroliqa        2             0               0                 0
2010/11  çempionat      15             3                1                0
2010/11      kubok          4             0                1                0
2011/12     Avroliqa        2             0               0                 0
2011/12  çempionat        9             3               1                 0
cəmi                              50           11              7                 0


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq