"Xəzər Lənkəran"ı "İnter"lə birləşdirən amil

"Xəzər Lənkəran"ı "İnter"lə birləşdirən amil
XƏBƏR 3 Noyabr 2011 / 00:47 1917
-  A +

Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən həftə keçirilən oyunlarla birinci dövrəyə yekun vuruldu. Qol.Az-ın məlumatına görə, ilk dövrənin nəticələrinə əsasən “Xəzər Lənkəran” turnir cədvəlinin lideridi.
 
Ondan dörd xal geri qalan son çempion “Neftçi” ikinci, 21 xalı olan “İnter” isə üçüncü pillədə qərarlaşıblar. Birinci dövrənin sonuncu turunda ilk qələbəsini qazanan “Sumqayıt Şəhər” və AZAL autsayderlər qrupunda yer alıblar.
 
Bombardirlər siyahısına 5 qol ilə Sergey Artyux  (“Turan”) başçılıq edir. Hərəyə 4 qol vuran Ceyhun Sultanov, Yuri Fomenko (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") və Bahodir Nasimov  ("Neftçi") isə Sergey Artyuxun ən yaxın izləyiciləridi.
 
İlk dövrə ərzində rəqib qapılarına 17 dəfə yol tapan “Xəzər Lənkəran” çempionatın ən məhsuldar hücum xəttinə sahibdi. Qapısından 7 top buraxan cənub təmsilçisi, eyni zamanda, “İnter”lə birlikdə ən etibarlı müdafiə xəttinə də malikdi.
 
Rəqib qapılarına cəmi 5 dəfə qol vura bilən “Sumqayıt Şəhər” Premyer Liqanın ən az qol vuran komandasıdı. Qapısından 17 qol buraxan  “Kəpəz” isə çempionatın ən etibarsız müdafiə xəttinə sahibdi.
 
Birinci dövrə ərzində keçirilmiş 66 qarşılaşmada 145 qol qeydə alınıb. Xatırladaq ki, üçüncü turun “İnter” - “Bakı” qarşılaşması başa çatmadığından “İnter”ə texniki məğlubiyyət verilməsi nəticəsində “Bakı”nın aktivinə üç qol yazılıb.
 
Azarkeşlər ən çox qol 6-cı turun oyunları çərçivəsində “Simurq”un doğma azerkeşləri önündə “Kəpəz”i 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada izləyə biliblər.
 
Azarkeşlərinin çoxluğu ilə öyünən əyalət komandalarının oyunlarına marağın böyük olduğu statistikalardan da görünür. Belə ki, birinci dövrə ərzində “Xəzər Lənkəran”ın oyunlarını 50 500, “Kəpəz”in oyunlarını isə 43 200 azarkeş canlı izləyib. Birinci dövrə ərzində ümumilikdə 175 870 azarkeş oyunları stadiondan canlı izləyib ki, bunun da 93 700-ü “Xəzər Lənkəran” və “Kəpəz”in azarkeşləridir. Ən az azarkeş isə “Bakı”nın oyunlarında qeydə alınıb. Birinci dövrə ərzində “Bakı”nın oyunlarını cəmi 2520 azarkeş stadiondan izləyib. Orta hesabla Premyer Liqanın 11-ci turu ərzində hər oyunu 2664 azarkeş izləyib. Ən çox azarkeş V turda qeydə alınıb - 36 950. Stadionlara ən az azarkeş isə XI turda gəlib - 8600.
 
Birinci dövrə ərzində ən çox azarkeşin qeydə alındığı qarşılaşma isə V turun “Kəpəz” - AZAL qarşılaşmasıdır - 15 000 azarkeş. (PFL)

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu